(25 sentyabr 1965; Göyçə mahalı – 11 may 1992; Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Orucova Rəhilə Əli qızı 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş,oranı bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş,texnikomu bitirdikdən sonra əvvəlcə Bakı təcili yardım xəstəxanasının reanimasiya şöbəsində,sonra isə Qədirli adına baş hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. R.Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi,həm də sıravi bir əsgər kimi vuruşmuşdu.
1992-ci il mayın 11-də Ağdərə rayonunun Mərguşəvan kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Mayın 13-də Şəhidlər xiyabanında dəfn olunmuşdur.
1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid R.Orucovanın adı verilmişdir və büstü qoyulmuşdur.