Zamin Rüstəmov

Zamin Rüstəmov

(17 oktyabr 2000; Füzuli rayonu – 23 oktyabr 2020; Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Rüstəmov oktyabrın 23-də Zəngilan döyüşləri zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Rüstəmov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Rüstəmov ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Zəngilanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202025.12.2020