Ramiz Cəfərov

Ramiz Cəfərov

(10 dekabr 1974; Makeevka, Ukrayna – 6 noyabr 2020; Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukrayna Respublikasının Makeevka şəhərində anadan olub.

1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V. F. Marqelov adına “Suvorov” ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məhtəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi.

Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı.

Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun “Əməliyyat heyəti zabitləri” Kursunda olmuşdur.

Ramiz Cəfərov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Cəfərov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
26.06.200126.06.200226.06.200726.06.200826.06.201226.06.2013
“Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
22.10.201726.06.201809.12.202015.12.202024.12.202029.12.2020