Sadiq Məmmədov

Sadiq Məmmədov

(15 avqust 1991-ci il, Siyəzən şəhəri — 4 oktyabr 2020; Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Siyəzənin mərd və vətənpərvər oğlu Sadiq Mübariz oğlu Məmmədov 1991-ci ilin avqust ayının 15-də Siyəzən şəhərində anadan olub. 2009-ci ildə şəhər 2 saylı tam orta məktəbi bitirib. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif yerlərdə çalışıb.

2020-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Döyüş yolu 7 gün çəkən Sadiq Məmmədov oktyabrın 4-də Murovdağ bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Sadiq 8 yaralı əsgər yoldaşını döyüş zonasından çıxararaq həyatını xilas edib.

Ailəli idi. Sadiq qardaşımızdan bizə 2 qız övladı əmanət qaldı.

Şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq. Sadiq bizim qəhrəmanımızdır.