(23 iyun 1981, Qax, Qax rayonu – 24 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.
Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax rayonunda anadan olmuşdur. 1987-1998-ci illərdə Qax rayon Namiq Abdullayev adına orta məktəbdə təhsilini almışdır. Ailəli idi. Üç övladı yadigar qaldı.
1998-2002-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə Salyan rayonuna təyinat üzrə xidmətə başlamışdır. 2018-ci ildən Qusar rayon N saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 24-də Qubadlı-Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 28-də Qax rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
(25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)