(18 yanvar 2002-ci il; Astara rayonunun Pensər kəndi – 10 oktyabr 2020; Ağdərə rayonu) — Azərbaycanın Silahlı Qüvvələrinin Əsgəri Vətən müharibəsinin şəhidi.
Samir Mətləb oğlu Səmədov 2002-ci il yanvar ayının 18-də Astara rayonunun Pensər kəndində anadan olmuşdur. Uşaqlıq illəri doğulduğu Pensər kəndində keçmişdir. Orta təhslini Astara rayonu Z.Ə.Əhmədzadə adına 2 saylı tam orta məktəbdə almışdır. Təhsilini başa vuran Samir 2020-ci ilin yanvar ayının 24-də Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonu “N ” saylı hərbi hissəyə göndərilir.
2020-ci il sentyabr ayının 27-də başlayan II Qarabağ müharibəsində Talış kəndi və Ağdərə rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmiş və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük şücaət və qhrəmanlıq göstərmişdir. Düşmən bir çox canlı qüvvəsini məhv edən qəhrəman Samir oktyabr ayının 10-dan etibarən itkin düşür. Nəhayət 18 noyabrda Samirin nəşi tapılır və 10 oktyabr tarixində şəhid olduğu bilinir. Şəhidin nəşi 19 noyabr 2020-ci ildə böyüyüb, boya-başa çatdığı Astara rayonunun Pensər kəndinə gətirilir və orada torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Samir Mətləb oğlu Səmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
“Vətən uğrunda” medalı (ölümündən sonra) |