Seymur Cabbarov

Seymur Cabbarov

(16 mart 1987-ci il; Şərur rayonu, Çərçiboğan кəndi – 3 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. 1993-2001-ci illərdə R. Abbasov adına Çərçiboğan кənd tam orta məкtəbində, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Seymur Cabbarov 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmətə başladı. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “baş leytenant” hərbi rütbəsində xidmətə davam edən Seymur Cabbarov, 2014-cü ildən Motoatıcı Tabor Komandirinin MTT üzrə müavini vəzifəsində çalışıb.

Seymur Cabbarov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində, həmin ilin avqust ayından isə Naxçıvan şəhərərində yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ildə bir müddət Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Seymur Cabbarov, sonradan Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətinə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı
26.06.200826.06.201326.06.2018
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201815.12.202025.12.2020