(17 oktyabr 1936 — 23 avqust 1993) — Azərbaycanın Milli Qəhrəmanı.
17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.
Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində “Səhiyyə əlaçısı” adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.
Soltanağa Bayramov Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törətdiyi zamanlarında faciəli surətdə həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Ailəli idi, dörd övladı var.