(12 fevral 1964, Bakı – 31 yanvar 1992, Naxçıvanlı, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.
1964-cü il 12 fevralda Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında işıqçı işləyir.
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb.[2] 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı vardı.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.