Teymur 1981-ci ildə Bakıda anadan olub. 1988-ci ildə birinci sinifə gedib. 1998-ci ildə 4 nömrəli gimnaziyanı bitirib. 1998-2002-ci ildə Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini Ərəb, fars dili və ədəbiyyatı üzrə bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. Sonra 7-8 il İran səfirliyinin Protokol şöbəsində işləyib. Teymur daha sonra Beynəlxalq Bankda işləməyə başladı. O, Mühafizə İdarəsinin Kameralara nəzarət şöbəsində çalışırdı. Hətta getməmişdən əvvəl onun vəzifəsinin yüksəldilməsi məsələsi müzakirə olunurdu. Rəhbəri ondan xidmətə beş-altı gün gec getməsini istəyib. “Mən istəyirəm sən saha yüksək posta qalxıb sonra gedəsən, çünki sən gələnədək həmin post boş qalmayacaq”, – deyib. Lakin Teymur hərbi xidmətə getməyi seçdi. Elə bil tələsirdi ki, birdən müharibə bitər və o, bu şərəfli prosesdən kənarda qalar. Müharibə onsuz başlayıb bitsəydi, bəlkə də Teymur ömrünün sonunadək təəssüf hissi ilə yaşayardı. Çünki Açıq şəkildə deyirdi ki, mən qeyrətsiz yaşaya bilmərəm. O, bunu qeyrət məsələsi hesab edirdi. Mən nəsə deyəndə pis olurdu. “Siz mənim getməməyimimi istəyirsiniz? Gedənlər məndən artıqdırmı?”, – deyirdi. Oğlunun 9 yaşı var, bir 9 il də keçsə, artıq 18 yaşı olacaq. Yəni Qarabağ problemi ona qalacaqdı atalarımızdan bizə qaldığı kimi… Bu gün öz həyatını riskə atmasa, sabah övladının həyatı riskdə olacaqdı. O, məsələyə məhz bu prizmadan yanaşırdı və hardasa haqlı idi
Bizə əmanət 2 övladı var.
Teymur Abbaslı sentyabrın 27-dən döyüşlərə könüllü yollanmışdı. O, oktyabrın 12-nə keçən gecə Hadrutda düşmənin əks-hücumunu qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, hər dəfə Xocalı soyqırımı ilə bağlı şəkilləri görəndə emosiyalarını gizlədə bilmirdi. Birinci Qarabağ Müharibəsi bizim uşaqlıq dönəmimizə təsadüf edirdi. Buna görə Teymurun qəlbində bir qisas hissi vardı və bu, təkcə son dönəmlər baş verməmişdi. Sanki ömrü boyu müharibəni gözlədi. Üzülürdü, çünki Teymurun artıq 40 yaşına çatmasına az qalmışdı və hamımız kimi müharibənin olma ehtimalından ümidini üzmüşdü”.
12 iyuldakı erməni təxribatından sonra evdə demədən gedib könüllü yazılmışdı və elə bil həvəslə onu çağırmalarını gözləyirdi. Amma həmin ərəfədə çağırmadıqları üçün biraz xəyal qırıqlığı yaşadı. Müharibə başlayandan bir gün sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İradəsinə zəng elədi, hətta bununla yetinməyib idarəyə getdi və onu aparmadıqları üçün irad bildirdi. O, bu dəfə müharibə yolu ilə məsələnin birdəfəlik həll olunacağına inanırdı. Teymur 2003-cü ildə əsgərlikdə olarkən Gəncədə xüsusi təyinatlıların hərbi hissəsinə yazılmışdı, xidmətini orada davam etdirdi. Əsgərliyinin sonuncu 3 ayında zabitlik kursunu bitirdi. Beləliklə də ordudan leytenant kimi tərxis olundu. Ümumiyyətlə, Teymur hərbiyə çox meyilli idi və bu Vətən uğrunda vuruşmaq istəyirdi. Qismət gəldi bu günə düşdü və 29 sentyabr tarixində hərbi xidmətə getdi
Onun qardaşı olan Tural Abbaslı qeyd edib ki, şəhid zabitimiz Teymur Abbaslı hərbi xidmətə getmək üçün böyük çətinliklərlə üzləşib:
“Müharibəyədək bəzilərini hərbi toplanışa çağırdılar, amma Teymuru çağırmadılar. Sentyabrda Nəsimi Çağırış İdarəsinə onu dəvət eləyiblər və orada inadını görüb qeydə alıblar, səhəri gün xidmətə göndəriləcəyini bildiriblər. Teymur da çox böyük həvəslə işə gəlib ərizə yazıb ki, hərbi xidmətə gedir. Bundan sonra gəlib bizimlə sağollaşdı və bizə dedi ki, guya onu xidmət üçün özləri çağırıblar, axtarışdaymış, əgər getməsə, haqqında cinayət işi açacaqlarmış. Halbuki o könüllü kimi gedib yazılmışdı. İstəyirdi ki, heç kim onun üzərinə düşməsin, ondan getməməyini istəməsin. Həmin gün sağollaşandan sonra telefonu evdə qoydu, “smartphone” olmayan telefon aldı, tam hazırlaşdı. Bu zaman idarədən zəng gəldi. “Sənədləriniz bizdə olmadığı üçün sizi göndərə bilmirik”, – dedilər. Elə telefonda onlarla dalaşdı. “Mən getmək, döyüşmək istəyirəm, ailəmlə artıq sağollaşmışam”,-dedi. Bu zaman biz real vəziyyəti öyrəndik. Durub idarəyə getdi. Orada onu Yasamal Çağırış İdarəsinə yönəldiblər. Orada da sənədləri tapılmayıb. Tapanda xəbər edəcəklərini bildiriblər. Lakin Teymur razılaşmayıb, orada üç saat sənədlərin tapılmasını gözləyib. Nəhayət onun sənədlərini məxfi sənədlərin içərisindən tapıblar. Teymuru 2-3 günə dəvət edəcəklərini deyiblər. Onunla da razılaşmayıb. Hay-küy salıb ki, xidmətə göndərilməklə bağlı müvafiq sənədə möhür vursunlar. Dava-dalaşla buna da nail olub və səhəri gün saat 5-də idarəyə çağırıblar. Həmin gün səhər saat 5-dən axşam saat 10-dək idarənin içərisində gözləyib. Axşam saat 10-da digər zabitlərlə birgə xidmətə aparıblar. Təbii, biz bu proseslərin hamısını sonradan bildik. Teymur döyüşlərdə olanda biz getdik ki, idarədən arayış götürüb iş yerinə təqdim edək. Onda bizə Çağırış İdarəsinin rəisi və oranın işçiləri onu göndərmirdiklərini, özünün getməyi tələb etdiyini bildirdilər”.
Tural Abbaslının sözlərinə görə, şəhidimizin döyüş yolu 12-13 gün çəkib: “Sentyabrın 29-u getdi və oktyabrın 12-nə keçən gecə şəhid oldu. Hadrutda gecə hücum olub. Sonradan bizə bəzi əsgər yoldaşları, komandir dostları zəng elədi, baş verən hadisələrdən danışdı, hamısı Teymur barədə yüksək fikirlərini bildirdilər. 17 il bundan öncə silah tutmuş adam birdən-birə döyüşçülərin arasına düşsə də, heç bir qorxusu olmayıb. Özünə təhkim olunan əsgərlərin sonuna qədər qayğısına qalıb. Bunların hamısını silahdaşları deyir. Bu yaxınlarda Lənkəran hospitalından dostları zəng elədi ki, yaralıdılar, inşallah, gəlib Teymurun cəbhədəki fədakarlığı barədə danışacaqlar. Onlar Teymurun neçə əsgərini mərmi yağışı altından çıxardığını dedilər. Hadrutda olduqları ərazidə su yox imiş. Öz suyunu onlara içirdib. Döyüş zamanı qoruyucu gödəkcənin açıq olduğu hissədən güllə yarası alıb, elə Hadrutda da şəhid olub. Teymur vuruşmaq üçün getmişdi və Allah bunu ona şəhidlik mərtəbəsini nəsib elədi. Bizim hər şəhidimiz dəyərlidir. Teymur istədiyi kimi yaşayıb, işləyib, ailə həyatı qurub, istədiyi kimi də bu dünyadan getdi”.
“O, şəhid olmaq üçün can atırdı. Teymur bizlə vidalaşandan sonra mən onu evinə apardım. Yolda aramızda unutmayacağım bir dialoq yaşandı. Mənə, “Mən namaz qılmıram, əgər mənə nə isə olsa, şəhid sayılıram? Allah günahlarımı bağışlayacaq?”, – deyə sual verdi. Anamla sağollaşanda da, “Ana, oğlunun şəhid olmasını istəyirsən?”, – deyə soruşdu. Anamda təbii, ”Hansı ana istəyər, ay oğul”, -deyərək elə söhbətlər etməməsini istədi. Adam qisas üçün can atırdı. Qarabağ onun şəxsi məsələsi idi. Sanki kimsə bunun bütün varlığını əlindən almış kimi hiss edirdi”.