İntiqam Əsgərli

İntiqam Əsgərli

(16 avqust 1990; Viləş, Masallı rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub.1996-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur, 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.2008-ci ildə də həqiqi hərbi xidmətə çağırılmışdır.2011-ci ildə Quru qoşunların da “Gizirlik” kursunu bitirmiş və işə başlamışdır.2014-cu il Xüsusi təyinatlı qüvvələrin ” Giziri” kimi ise başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir. İntiqam Əsgərli 2016-ci ilin Aprel döyüşlərində də iştirak edib. Qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucalmisdir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 09.11.2020-ci ildə şəhidlik zirvəsinə ucalmisdir. Şəhid INTİQAM ƏSGƏRLİ Masallı rayon İndiki Viləş kəndinin məzarlığında dəfn olunmuşdur.

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 9.12.2020- ci il tarixli Sərəncamına əsasən Intiqam Əsgərli “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüldü.Eləcə də “Vətən müharibəsi qəhramani” medalı ilə təltif edildi.

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Intiqam Əsgərli ölümündən sonra “Vətən Uğrunda”medalı ilə təltif edildi. Azərbaycanının

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Intiqam Əsgərli ölümündən sonra ” Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Xüsusi Təyinatlıların kəşfiyyatçı giziri İntiqam Əsgərli Vətən Müharibəsindədə iştirak edib. Gizir Əsgərli Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Onun qardaşı Nurlan Əsgərov Aprel döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özüdə şəhidlik mərtəbəsinə ucaldı.

(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)