Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Xaliq Arif oğlu İbrahimov 11 iyul 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Sumqayıt şəhər 36 saylı orta məktəbini bitirib və elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2007-ci ildə həmin məktəbi bitirərək Axərbaycan ordusunda zabit kimi xidmət etməyə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Füzuli , Cəbrayıl, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Xaliq İbrahimova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
(26.06.2008) — “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı
(26.06.2013) — “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı
(26.06.2015) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı
(26.06.2020) — II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı
(25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı
(29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı