Yaşar Sadıqov

Yaşar Sadıqov

(10 avqust 1975; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.

Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi daxil olur, 1995-ci ildə təhsilini başa vuraraq, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.

Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.

1995-ci ildə ali hərbi təhsilini başa vuran Yaşar Sadıqov, Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilmişdir və orada xidmət etmişdir.

Yaşar Sadıqov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi əlverişsiz hava şəraitinə görə 148 gündən sonra təhvil verilmişdir. Yaşar Sadıqov 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub.

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
26.06.200226.06.200726.06.200826.06.201226.06.2013
“Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201726.06.201824.06.202124.06.2021