Yusif Yusifov

Yusif Yusifov

(31 yanvar 2002, Fəxralı, Goranboy rayonu – 29 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Yusif Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2019-cu ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbi bitirmişdir.

Subay idi.

2020-ci ilin may ayının 7-də həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Füzuli rayonunda yerinə yetirməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilan rayonunun azadlığı uğrunda olub. Yusif Yusifov oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Yusif Yusifov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202025.12.202025.12.2020