(18 avqust 2000; Azərbaycan — 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.
Əkbər Quliyev 18 avqust 2000-ci ildə anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Əkbər Quliyev hərbi xidmətini Tərtər rayonunda başa vurmuşdur. 2020-ci ilin sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əkbər Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Əkbər Quliyevin nəşi uzun müddət axtarılmış, 15 fevral 2021-ci ildə tapılmışdır. 16 fevral Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınan kiçik çavuşun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılması üçün Bakıya aparılmışdır.