Sənan Kərimov

Sənan Kərimov

(29 mart 1991; Ağdam rayonu, Azərbaycan – 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsinin şəhidi.

Sənan Kərimov 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.

Sənan Kərimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)3-cü dərəcəli “Rəşadət” ordeni (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201826.06.202015.12.202015.12.202024.12.2020