Təbriz İbrahimov

Təbriz İbrahimov

(8 oktyabr 1992; Çadırlı, Salyan rayonu – 28 sentyabr 2020-ci il, Murov yüksəkliyi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açmışdır.

Orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Təbriz hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 28 sentyabr tarixində əlaqə saxlamışdır. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu söyləmişdir. Çox qan itirdiyini və halsızlaşdığını da əlavə etmişdir. Təbriz İbrahimov Murovdağ döyüşlərində itkin düşmüşdür.

Sentyabr ayının 28-də Murov yüksəkliyində döyüş zamanı itikin düşmüş müddətdən artıq xidmət edən hərbi qulluqçu 29 yaşlı Təbriz İsmayıl oğlu İbrahimovun DNK analizinin nəticəsinə görə şəhid olduğu təsdiqini tapıb.

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu  II Fəxri xiyabanda dəfn edilib.