Emin Məmmədov

Emin Məmmədov

(15 avqust 1992; Beyləqan rayonu – 27 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Subay idi.

Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202015.12.202025.12.202029.12.2020