Elgün Kərimov

Elgün Kərimov

(17 sentyabr 1999, Aran, Yevlax rayonu – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elgün Kərimov Rauf oğlu 1999-ci il 17 sentyabr tarixində Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə orta təhsilini Yevlax rayon Aran qəsəbə 1 saylı tam orta məktəbində alıb. Ali məktəbə qəbul olsa da, maddi imkan səbəbindən təhsilindən imtina edib.

Elgün Kərimov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Şəmkir rayonunda kəşfiyyat bölüyüyünün əsgəri olaraq davam etdirib. Hərbi xidməti başa vurdurqdan sonra, 2020-ci ilin avqust ayında könüllü olaraq MAXE hərbi qulluqçusu kimi ordu sıralarına yazılıb.

Azərbaycan Ordusunun leytenantı olan Elgün Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Talış kəndi və Suqovuşan isdiqamətində gedən döyüşlərdə olub. Elgün Kərimov oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci il oktyabrın 17-də Yevlax rayonunun Aran qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı
15.12.2020