Ələkbər Cahangirov

Ələkbər Cahangirov

Ələkbər Cahangirov (Aşağı Noxudlu kəndi, Salyan rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub.

Azərbaycan Ordusunun polkovniki olan Ələkbər Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı
(09.12.2020)
“Cəbrayılın azad olunmasına görə” medalı“Şuşanın azad olunmasına görə” medalı“Azərbaycan Bayrağı” ordeni“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı
(24.12.2020)(29.12.2020)(24.06.2021)(02.02.2024)