Seymur Abışov

Seymur Abışov

(1974; Ağdam rayonu, Seyidli kəndi) — Vətən müharibəsinin qazisi.

Abışov Seymur 1974-cü ildə Ağdamın Seyidli kəndində doğulub. 1991-ci ildə Tillər kənd orta məktəbini bitirib.

1992-ci ildən 1994-cü il yanvarın 17-nə qədər I Qarabağ savaşının könüllü iştirakçısı olub.

Quzanlı kəndində hərbi xidmətə başlayan Seymur Abışov daha sonra Ağdamın Çuxurlu kəndində Ala Yaqub kimi tanınan döyüşçünün dəstəsinə qoşulub. Döyüşlərin birində ağır yaralanıb. 2 dəfə əməliyyat keçirməyinə baxmayaraq bu günə qədər bədənində qəlpələrlə yaşayır.

II qrup Qarabağ əlilidir.