Zaur Quliyev

Zaur Quliyev

Azərbaycan Silahlı Qüvvələrinin 1-ci dərəcəli kapitanı, Vətən müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.

26 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb, tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Quliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı