Əlövsət Məmmədov

Əlövsət Məmmədov

(28 fevral 1988; Goranboy, Azərbaycan — 8 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Məmmədov Əlövsət Əli oğlu 1988-ci il fevralın 28-də Goranboy rayonunda anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Əlövsət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Əlövsət Məmmədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

III dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020)