Vüqar Zamanov

Vüqar Zamanov

( 10 mart 1995; Horadiz, Azərbaycan — 5 noyabr 2020; Daşaltı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Vüqar Zamanov 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olmuşdur. 2001-2012-ci illərdə Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Vüqar Zamanov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olmuş, və Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Vüqar İsmayıl oğlu Zamanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə Vüqar İsmayıl oğlu Zamanov “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə Vüqar İsmayıl oğlu Zamanov “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
(25.12.2020) “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)