Tofiq Məhərrəmov

Tofiq Məhərrəmov

Tofiq Sabir oğlu Məhərrəmov 1973-cü il oktyabr 11-də Quzanlı kəndində anadan olub.1990-cı ildə orta məktəbi bitirdikdən sonra Ağdam hərbi komissarlığının xətti ilə sürücülük təhsili alır.

1992-ci ilin aprelin -1-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb.Döyüş yolu Ağdam rayonundan başlanan Tofiq Fərrux,Əliağalı,Kolanlı, Cınli,Xaçınstroy,Mərzili və.s.kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib, fədakarlıq göstərib. Bir çox Quzanlı cavanları kimi Tofiq də Azərbaycanda müharibənin ən ağır dövrlərini öz əsgər ömründən keçirib. Sentyabrın 25-də Fərrux dağı uğrunda gedən dğyüşdə o,ayağından yaralanır,buna baxmayaraq tezliklə döyüş qabliyyətini bərpa edib ön xəttə qayıdır.

Tofiq təkcə Ağdamda yox, Ağdərə bolgəsində gedən döyüşlərdə də iştirak edib.Ağdərənin ta Vəngə qədər bir çox döyüş gedən məntəqələrində düşmənlə üz- üzə durub.

1992-ci ilin noyabrda, Ağdam istiqamətində düşmən hücumlarının gücləndiyi vaxt komandanlıq tərkibində Tofiqində olduğu rotanı Mərziliyə göndərir.Onlar bir neçə dəfə ermənilərin Qarakənd tərəfdən edilən hücumlarının qarşısını alırlar.Ancaq düşmən ardı- arası kəsilmədən həmlələr edirdi.Onlarla əsgərimizin itirildiyi belə döyüşlərdən birində,1993-cü ılin 9 fevralda Tofiqin bədəninə dəyən bir neçə güllə yarasından Mərzilidə həlak oldu.