Nail Abakarov

Nail Abakarov

(24 iyul 2001, Kazan, Tatarıstan – 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Abakarov Nail Müzəffər oğlu 2001-ci ilin iyul ayının 24-ü Rusiya Federasiyasının Kazan şəhərində anadan olub.

2009-cu ildə Kazan şəhərinin 79 saylı İnternat məktəbinin 1-ci sinfində təhsilə başlayıb.

2011-ci ildə ailəlikcə Rusiya Federasiyasından Azərbaycan Respublikasının Zaqatala şəhərinə köçmüşlər. Nail 2011-ci ilin sentyabr ayında Zaqatala şəhər İnternat məktəbinə daxil olmuşdur.

2018-ci ilin sentyabr ayından isə Zaqatala şəhəri Nizami Hüseynov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2020-ci ildə həmin məktəbi bitirmişdir. Cari ilin iyul çağırışında hərbi xidmətə getmişdir.

2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

4 oktyabr tarixində Zaqatala rayonu Aşağı Çardaxlar kənd qəbristanlığında dəfn edilmişdir.