Elvin Teymurov

Elvin Teymurov

(20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndi – 20 oktyabr 2020-ci il, Füzuli rayonu) – Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu, Vətən müharibəsi şəhidi.

Teymurov Elvin Mustafa oğlu 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adın 2 saylı tam orta məktəbdə alıb.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin may ayından Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi xidmət edib.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ savaşında döyüşlərə Naxçıvandan gələn Xüsusi Təyinatlı Qrupla qatılıb. 20 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunub.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)