Əli Məmmədov

Əli Məmmədov

12 avqust 1955 və ya 11 avqust 1955, Naxçıvan, Naxçıvan MSSR – 1 oktyabr 1992 və ya 24 sentyabr 1992, Laçın rayonu və ya Laçın, Laçın rayonu — polis kapitanı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.