Əli Yusifov

Əli Yusifov

(14 avqust 1997; Şərur rayonu – 3 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Əli Yusifov 1997-ci il avqustun 14-də Şərur rayonunun Oğuz kəndində anadan olub. Nişanlı idi.

Azərbaycan Ordusunun leytenantı olan Əli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Yusifov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 29-da nəşi tapılıb və Şərur rayonunun Oğuz kəndində dəfn olunub.