(25 dekabr 1960, Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu – 4 may 1992, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.
Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.
Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Buradakı kənd orta məktəbi onun adını daşıyır