3 may 1995; Lökbatan — 16 oktyabr 2020; Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş Kəşfiyyatçısı, Vətən müharibəsinin şəhidi.
Şəhid Musaoğlu Ataməli əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla kariyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda” və “İgidliyə görə medalı” ordeni ilə təltif edildi
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)