Tacəddin İsmayılzadə

Tacəddin İsmayılzadə

(17 mart 1996; Sumqayıt, Azərbaycan — 12 fevral 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Tacəddin İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 128-ci günündə şəhid olub. Tacəddin İsmayılzadə fevralın 13-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

128 gün komada qalan 24 yaşlı İsmayılzadə Tacəddin Vüqar oğlu yaşadığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.


Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı , millət vəkilləri, şəhidin yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatırladaq ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib. Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

“Cəsur döyüşçü” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı 
(ölümündən sonra)
18.12.202024.06.202124.06.2021