(1 noyabr 1997; Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Toğrul Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Murtuzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Murtuzayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Murtuzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) |
15.12.2020 |