Elçin Əzizov

Elçin Əzizov

(30 mart 1985; Cəbrayıl rayonu, Azərbaycan — 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(18.08.2014) — “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
(16.08.2018) — “Vətən uğrunda” medalı
(16.08.2019) — “Hərbi xidmətlərə görə” medalı
(18.08.2019) — “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020) — 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)