Səbuhi Əsədov

Səbuhi Əsədov

(19 yanvar 1999; Bakı şəhəri, Suraxanı rayonu — 8 oktyabr 2020; Suqovuşan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Əsədov Səbuhi Azər oğlu 1999 cu il yanvar ayının 19 un da Bakı şəhəri Suraxanı rayonunda dünyaya göz açıb.

Əsədovlar ailəsinin son beşiyi, üç bacının bir qardaşı, nəsilin sevimlisi olub. Səbuhi 2005 ci ildə 85 nömrəli məktəbin birinci sinifinə daxil olub.

Məktəb illərində Yunan-Roma güləşi ilə məşğul olub. Məşğul olduğu bu idman növü üzrə çoxlu sayda diplomları, Fəxri fərmanları, birincilikləri vardır. Məktəb illərində məktəbdə keçirilən bütün hərbi tədbirlərdə canla başla iştirak etmişdir. Hətda tədbirlərin birində sinif rəhbərinə “vaxt gələcək Qarabağı özüm alacam demişdir”. Səbuhidə olan vətən eşqi, vətən sevgisi məktəb illərindən bəlli idi. 2016 cı ildə 85 nömrəli məktəbi müəllimlərinin və məktəb yoldaşlarının sevgisini qazanaraq başa vurur.

2019 cu il iyul ayında çox böyük sevinc və qürur hissi ilə hərbiyə yollanır. Bu ərəfələrdə sosial şəbəkələrin birində “Kaş ki Qarabağın düz ortasına Azərbaycan bayrağın assam” yazmışdı. Hərbi xidmətdə öz istəyi və arzusu ilə kəşfiyyat bölüyünə könüllü olaraq yazılmışdır. And içmə mərasimində fəal iştirak etmiş,Fəxri fərmanla təltif olunmuşdur. Hərbi xidmətdə ikən əsgər yoldaşlarının, komandirlərinin sevgisini və hörmətini qazanmışdır.

Səbuhi hərbi xidmətdə ikən 27sentyabr 2-ci Qarabağ müharibəsi başlayır. Səbuhi Mingəçevir də qulluq etməyinə baxmayaraq öz istəyi ilə könüllü olaraq Tərtərə yollanır. Tərtər, Talış kənd, Çaylı, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. Tərtərdə ikən həm qohumu həmdə digər bölüyün komandiri ilə qarşılaşır. Ağır döyüşdən çıxdığını yoldaşlarının çoxunun şəhid olduğunu deyir lakin ondan xahiş edirki döyüşdə olduğunu ailə üzvlərindən heç kimə deməsin. 3 oktyabr da evə zəng edərək hər şeyin qaydasında olduğunu dönə-dönə döyüşdə olmadığını bildirir.

8 Oktyabr düşmənin Suqovuşana əks hücumunun qarşısını alarkən dostu İdrisov Xəyal gözü önündə şəhid olur. Səbuhinin ürəyi düşmənin yenidən bu əraziləri ələ keçirmək istəyinə dözməyir. Həm dostunun həm də ata-baba yurdu Cəbrayılın qisasını almaq üçün minaatanla düşməni susdurur. İlk cəhdində düşmən postunu yerlə yeksan edir. Lakin pusquda duran düşmən snayperi Səbuhini izləyirmiş. Onu sol gözündən nişan alaraq vurur. Səbuhi yerindəcə Şəhadətə yüksəlir.

Acı xəbər ailəsinə oktyabrın 10-u verilir. Əsədov Səbuhi Azər oğlu 11 oktyabr Bülbülə şəhidlər xiyabanında dəfn olunur. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Vətən uğrunda” , “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Məkanın cənnət olsun

Subay idi.

(15.12.2020) — “Vətən uğrunda” medalı
(29.12.2020)-“Suqovuşanın azad edilməsinə görə ” medalı

(24.06.2021) – “Cəsur döyüşçü” medalı