Camal Məmmədov

Camal Məmmədov

(10 iyun 1970, Quzanlı, Ağdam rayonu – Xanabad, Xocalı rayonu) –  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Camal Süleyman oğlu Məmmədov 1970-ci il iyunun 10-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirib, bir il sonra sovet ordusuna çağırılıb. İkiillik hərbi xidmətini Ukraynada başa vurandan sonra Camal bir müddət doğulduğu kənddə çalışıb.1992-ci il avqustun 10-da müharibənin qızğın çağında könüllü olaraq cəbhəyə gedir. Camal Yaqub Rzayevin (Ala Yaqub)başçılıq etdiyi batalyonda döyüşürdü. Camalın qırx günlük döyüş yolu Xramord, Fərrux, Canyataq, Gülyataq kəndlərindən keçib. O bu kəndlərin azad edilməsində fəal iştirak edib, bir sıra döyüşlərdə fədakarlıq göstərib.

Ölümündən bir neçə gün əvvəl Camal evə bir günlüyə baş çəkməyə gəlsə də , səhəri evdə paltarının qurumasını gözləmədən paltarını yaş geyərək cəbhəyə qayıtmışdı. Bundan bir neçə gün sonra – sentyabrın 20-də Camal Xanabad uğrunda gedən döyüşdə mərmi qəlpəsindən həlak olur.

Quzanlı qəbristanlığında dəfn olunub.