Yavər Əliyev

Yavər Əliyev

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdur. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür.

Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər böyük itkilər verirdi. 1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.

Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır. Milli Aviasiya Akademiyası onun adını daşıyır.