(17 oktyabr 1991; Sədəfli, Qobustan rayonu, Azərbaycan — 2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Elyar Vəliyev 17 oktyabr 1991-ci ildə Qobustan rayonunun Sədəfli kəndində ziyalı bir ailənin ilk övladı olaraq dünyaya göz açmışdır. Özündən balaca bacı və qardaşı var. 1997—2008-ci illərdə Qobustan rayon Sədəf kənd tam məktəbində orta təhsil almışdır. Orta təhsilini burda bitirdikdən sonra Elyar hərbi yolu seçərək, bu yolda addımlamağa qərar verir. 2010-cu ildə Xüsusi Təyinatli Qüvvələrinə daxil olur və burada öz şücaəti ilə fərqlənir. Aprel döyüşlərində də böyük şücaətlə iştirak edir. Elyar ailəli idi və üçəm olmaqla beş övlad atası idi. Ailəsinə övladlarım üçün onların xoşbəxt gələcəyi naminə mən getməliyəm deyib müharibəyə yollanır. Elyarın qardaşı da müharibəyə yollanır, Azərbaycanın fəxri olan Elyar uğrunda canından keçdiyi Vətən Bayrağına bükülərək torpağa əmanət edilir. Səmimi və mehriban xarakteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır.
Elyar 2010-cu ildə hərbi xidmətdən sonra Xüsusi Təyinatli Qüvvələrinin sıralarına daxil olur . XTQ üzvləri arasında mərd şücaətinə və yaxşı göstəricilərinə, nizam-intizamına görə daima ön sıralarda dayanır. Hər zaman Azərbaycan dövlət sərhəd bütövlüyünün təmin olunmasını arzulamış və bunun üçün çox mərd addımlar atmışdır. 2020-ci il sentyabr ayında “Vətən Müharibəsi” başladığı andan cəbhəyə yollanmağı özünə borc bilən Elyar böyük şücaətlə “Vətən Müharibəsində” iştirak edir. İşğalda olan Xankəndi və Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə mərdcəsinə iştirak edir və qəhrəmancasına şəhid olur. Elyar döyüşlər zamanı əsgərlərini qoruyaraq hər zaman öndə irəliləmişdir. Bütün Azərbaycanda və qəlblərdə böyük bir qəhrəman izi buraxdı gizir Vəliyev Elyar Arif oğlu. Bütün döyüşlərdə düşmənlə üzbəüzə vuruşur, Cəbrayıl döyüşləri zamanı düşmən maşını olan UAZ-ı vuraraq erməni generalını məhv etmişdir. Onarla düşmən diviziyasına ağır zərbə vurur, Şuşa uğrunda gedən döyüşlərdə, Şuşaya 14 km qalmış qəhrəmancasına şəhid olur.
“Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra) | “Vətən uğrunda” medalı (ölümündən sonra) |
09.12.2020 | 15.12.2020 |