İqor Kşnyakin (9 may 1962, Bakı şəhəri – 25 dekabr 2024, Qazaxstan, Aktau) — 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin kapitanı olaraq tanınmışdır. Azərbaycanın Milli Qəhrəmanı.
İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub. Pilot kimi ilk təhsilini 1982-ci ildə Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində pilot ixtisası üzrə alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib. 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə “Azal” Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.
2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.
Kşnyakinin 15,159 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11,180 saatı kapitan kimi həyata keçmişdi.[5][6]
İki qız övladı var.
Azərbaycan Respunlikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərdiyinə görə İqor İvanoviç Kşnyakin “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adı verilmişdir.