Allahverdi Ələkbərov

Allahverdi Ələkbərov

(15 fevral 1987; Ucar, Azərbaycan SSR — 11 noyabr 2020; Mingəçevir, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Allahverdi Ələkbərov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun giziri olan Allahverdi Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Hadrut qəsəbələrinin, həmçinin Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Ələkbərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralaıb və noyabrın 11-də Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)