Aqil Quliyev

Aqil Quliyev

(3 dekabr 2000, Ağdam rayonu Seyidli kəndi — 11 noyabr 2020, Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Quliyev Aqil Mətləb oğlu 03 dekabr 2000-ci il Bərdə rayonunda anadan olmuşdur. Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə təhsil almışdır.

2020-ci ilin iyun ayından müddətdən artıq hərbi xidmət keçən Aqil, Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmişdir. 08 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Quliyev Aqil Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan istiqamətlərində olan döyüşlərdə iştirak etmişdir. Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.