(24 noyabr 1993; Qax, Azərbaycan — 17 dekabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə buranı bitirmişdir. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.
2016-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlamışdır.
Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak etmişdir.
Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuşdur.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı | “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra) | “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra) | “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) | “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) |
26.06.2018 | 24.12.2020 | 29.12.2020 | 24.06.2021 | 05.11.2021 |