Asif Əhmədov

Asif Əhmədov

(4 aprel 2001-ci il; Şəki rayonunun Oxud kəndi — 21 oktyabr 2020; Füzuli rayonu, Gecəgözlü kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Asif Vasif oğlu Əhmədov 2001-ci il aprelin 4-də Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 2006-cı ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.

2019-cu il aprel ayında Vətən qarşısında öz borcunu yerinə yetirmək üçün qürurla hərbi xidmətə yollanıb.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılan Asif, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 21-i Füzulinin Gecəgözlü kəndində şəhidlik zirvəsinə yüksəlib.

Asif Əhmədov oktyabrın 25-də Şəki rayonunun Oxud kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub.

Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.Allah rəhmət eləsin!

“Vətən uğrunda” medalı “Xocavəndin azad olunmasına görə” medalı