Camal Alxasov

Camal Alxasov

(2001-ci il; Sumqayıt şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin qazisi.

Alxasov Camal İlqar oğlu 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbin məzunu olan Camal Alxasov 2019-cu ilin aprel ayında Ağcəbədi rayonun N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb.

Müharibə başlayanda hərbi xidmətdə olduğu vaxt Camal Alxasov müvafiq əmrlə Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.

Vətən torpaqları uğrunda bədəninin yarısını qurban verən Camal qanlar içərisində atası ilə danışıb. Atasının “Necəsən?” sualına isə “yaralanmışam, amma bomba kimiyəm” deyən Camal hər kəsə mərdlik, igidlik nümunəsi oldu.

 İlk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Camal orada maddi texniki təminat işinə baxır. Səngərdə olan əsgərlərə silah-sursat, qida daşınmasına baxırdı. Döyüşlər başlayandan oktyabrın 31-nə qədər dəfələrlə ölümdən qurtulduğunu deyir. Qubadlıda 10 tonluq su maşını gətirmək üçün ayın 31-i səhər-səhər üç nəfər həmin maşının arxasınca gedir. Camal və yoldaşları yarım saat maşını təmir etməyə çalışırlar. Elə həmin an düşmənin atdığı minaatan mərmisi maşının yaxınlığına düşür. Qəlpələrdən biri Camalın gözünün küncünə dəyir, qalan qəlpələr isə qollarını müxtəlif yerlərdən yandırır. Zərbədən sonra Camalgil ərazidən kənara qaçırlar.

Daha sonra gizləndikləri hasarın yaxınlığına daha bir minaatan mərmisi düşür. Oradan uzaqlaşmaq istəyəndə komandirləri onları əli ilə onlar tərəfə gəlməli olduğunu işarə edir.

Əsgərlər irəlidən qaçdı, Camal isə arxada imiş. Orada zirzəmi vardı, qaçırlar ki, ora girsinlər. Düşmənlə aralarında 200-300 metr məsafə olduğunu bildirir.

Zirzəmiyə girməyə 10 metr qalmış, minaatan mərmisi lap yaxınlıqda düz arxa tərəfə düşür. Partlayışın dalğası Camalı havaya qaldırıb göydə ayaqlarını kəsir. Sol ayağını dizdən 4 barmaq yuxarı, çarpaz kəsir, sağ ayağını isə topuqdan aparsa da, qəlpələr sümüyü dağıdır, baldırını təmiz parçalayır. Qolu üstə yerə çırpıldığından, sağ qolu sınır. İndi onun barmaqları işləmir. Sol əlinin isə barmağı tam qopmamışdı amma kəsilir. Çox qan itirirdiyindən gözlərini aça bilmir.

Oradan çıxarılana qədər bədəninə, qollarına bir neçə qəlpələr də dəyir. Bir də bəxti onda gətirir ki, qəlpələrdən biri şah damarını yandırır və qanaxmanın qabağı bir az alınır. Bir müddət sonra əsgər yoldaşları Camalı sürüyə-sürüyə zirzəmiyə salırlar.

Döyüş yoldaşlarım mənə “qardaşım, şəhid olursan, uca zirvəyə yüksəlirsən. Axirətdə görüşərik” dedilər. Bir kəlmə dedim ki, mənə kömək eləyin.

Qubadlıda gedən döyüşlərdə yaralanıb 2-3 saat o vəziyyətdə zirzəmidə qalır. Heç bir maşın risk eləyib ora gələ bilmirdi. Nəhayət bir ambulans gəlir və Camalı Xanlıq kəndinə aparır. Xanlıq kəndinə çatana qədər özündə deyilmiş. Nəhayət onu xəstəxanaya çatdırırlar. Orada 7-8 saat Camalın yaraları üzərimdə əməliyyat aparılır.

Heç kim sağ qalacağıma inanmırdı.

Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirmiş. Ayaqlarından birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsirlər. Buna səbəb isə ayağının zərbədən təmiz parçalanması olur.

Bir neçə santimetr sümük saxlaya bilirlər ki, gələcəkdə protez düzəldiləndə istifadə etmək mümkün olsun.

Bakıya gətirilən zaman yolda atası ilə danışır və ona narahat olma, yaralanmışam “Papanin”ə (Silahlı Qüvvələrin Baş Klinik Hospitalına – red.) gəlirəm deyir. Camalı atasdı da Birinci Qarabağ müharibəsində iştirak edib. Hərbi Hospitala gətirildiyini deyəndə başa düşüb ki, oğlunun vəziyyəti ağırdı.

“Ayaqlarımı yaralandığım yerdə basdırdılar”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunub.

“Cəsur döyüşçü” medalı “Qubadlının azad olunmasına görə” medalı“Cəbrayılın azad olunmasına görə” medalı