Fariz Qəhrəmanov

Fariz Qəhrəmanov

Azərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada nəktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.

“N” saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.

1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.

1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.

1995-1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.

Hazırda zabitdir.