Sadıq Hüseynov

Sadıq Hüseynov

29 avqust 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayır.

Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.