Asiman Əliyev

Asiman Əliyev

(1 fevral 1987; Ordubad rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Asiman Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub.[1] 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı Taqım Komandiri” ixtisası üzrə alan Asiman Əliyev, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Zabit” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Ordusunun mayoru olan Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
26.06.200826.06.201326.06.201426.06.2018
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201915.12.202024.06.2021