Vaqif İsmayılzadə

Vaqif İsmayılzadə

(6 noyabr 1996; Şahsevən, Beyləqan rayonu — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsinin şəhidi.

Vaqif İsmayılzadə 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan idi.

Vaqif İsmayılzadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı.

Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif İsmayılzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202024.06.202124.06.202105.11.2021