Elçin Əliyev

Elçin Əliyev

(16 iyul 1975, Qubadlı, Qubadlı rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Elçin Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Alıyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalıII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
26.06.200126.06.200226.06.200726.06.2008
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201326.06.201815.12.202029.12.2020