Röyal Aslanov

Röyal Aslanov

(17 may 2001; Tovuz, Azərbaycan — 30 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Röyal Aslanov 17 may 2001-ci ildə Tovuz rayonunun Abulbəyli kəndində doğulub. 2008-ci ilin sentyabr ayında N.Tusi adına Tovuz şəhər tam orta məktəbin 1-ci sinfinə gedib, 5-ci sinfədək burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ 3-cü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib, boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında 2-ci yerə, 2018-ci ilin may ayında 1-ci yerə cıxıb. 2008-2017-ci illərdə N.Tusi adına litseydə təhsil alıb. Subay idi.

Röyal Aslanov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Röyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Röyal Aslanov 29 sentyabr-da Füzulidə şəhid olub.Sentyabrin 30 da Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Aslanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.